“İnter” ilk mərhələni başa vurdu

“İnter” ilk mərhələni başa vurdu
18-06-2017 / 15:34 FUTBOL
223

Yeni mövsümə Türkiyədə hazırlaşan “İnter” bu ölkədəki təlim-məşq toplanışnı başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən səhər məşqi ilə qardaş ölkədəki işlərini tamamlayan paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsinə Bakıda davam edəcək.

 

Zaur Svanadzenin komandası sabah vətənə dönəcək.

 

Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində üç yoxlama matçı keçirmiş “İnter” Kamerunun “Columbe Sportive” klubuna (1:0) və Rumıniya çempionu “Vitorul”a (2:1) qalib gəlib, digər təmsilçimiz “Zirə” ilə matçda isə məğlub olub – 0:2.