“Qarabağ”ın ilk yoxlama matçının vaxtı dəqiqləşdi

“Qarabağ”ın ilk yoxlama matçının vaxtı dəqiqləşdi
18-06-2017 / 16:45 FUTBOL
794

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”ın ilk yoxlama matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, çempionumuz ilk yoxlama oyununa iyunun 20-də çıxacaq.

 

Ağdamlılar Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq arşılaşma yerli vaxtla saat 17:00-da  (Bakı vaxtıyla 19:00) start götürəcək.

 

Qeyd edək ki, Rusiya Premyer Liqa təmsilçisi “Terek” bir müddət öncə adını dəyişdirərək “Axmat” olub.