“Dollaruma”nın üzərinə dollar atdılar - FOTOLAR

“Dollaruma”nın üzərinə dollar atdılar - FOTOLAR
19-06-2017 / 00:26 FUTBOL
1051

“Milan”la yeni müqavilə imzalamaqdan imtina edən Canluici Donnarumma azarkeşlərin qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatı çərçivəsində hazırda davam edən Danimarka – İtaliya oyununda fanatlar gənc qapıçıya etiraz ediblər.

 

Polşadakı “Milan” fanklublarından biri üzərində “DOLLARUMMA” yazılı pankart açıb.

 

 

Digər bir qrup isə qapıçının  üzərinə xeyli sayda saxta dollarlar atıb.

 

 

Qeyd edək ki, Donnarummanın “Milan”la müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq.