“Real”da yeni prezident seçildi

“Real”da yeni prezident seçildi
19-06-2017 / 11:01 FUTBOL
857

“Real”ın yeni prezidentinin adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırkı rəhbər Florentino Peres postunda qalıb.

 

Buna səbəb prezident seçkisi zamanı başqa namizədin olmamasıdı. Belə ki, Peres bu posta yeganə namizəd olduğundan, vəzifəsində saxlanılıb. O, 2021-ci ilə qədər hazırkı səlahiyyətlərini icra edəcək.

 

Qeyd edək ki, Florentino Peres bundan əvvəl 2000 və 2009-cu illərdə prezident seçkilərində qalib gəlib. Onun dönəmində “Real” 3 dəfə Çempionlar Liqasının qalibi olub.