“Zirə” çıxılmaz vəziyyətdə

“Zirə” çıxılmaz vəziyyətdə
14-07-2017 / 10:51 FUTBOL
2265

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Astra”ya 1:3 hesabı ilə uduzan “Zirə” çıxılmaz vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində heç bir Azərbaycan klubu səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini cavab matçında çıxa bilməyib.

 

İlk belə hadisə 2005/06 mövsümündə yaşanıb. Həmin vaxt “Xəzər Lənkəran” Moldovadan eyni vəziyyətdə dönüb. Cənublular “Nistru” ilə ev oyununda da uduzub – 1:2.

 

2 il sonra “Neftçi” vəziyyəti xeyrinə dəyişməyə çox yaxın olub. Avstriyada “Rid”ə 1:3 hesabı ilə uduzan bakılılar evdə 2 cavabsız qol vursa da, üstünlüyü qoruya bilməyib – 2:1. Maraqlıdı ki, həmin matçın iştirakçısı olan Rəşad Sadiqov indi də “Zirə”nin heyətindədi.

 

2009/10 mövsümündə Hollandiyada “Tvente”yə uduzan “Qarabağ” Bakıda qolsuz heç-heçə ilə kifayətlənib. 2 il sonra “Xəzər Lənkəran” yenidən bu duruma düşüb. Cənublular Təl-Əvivdə “Makkabi”yə uduzduqdan sonra Bakıda 0:0 hesabı ilə razılaşıb.