Rumıniya millisinin sabiq baş məşqçisi “Zirə”dən ümidsizdi

Rumıniya millisinin sabiq baş məşqçisi “Zirə”dən ümidsizdi
14-07-2017 / 11:13 FUTBOL
1404

“Astra”nı yüksək səviyyəli futbolçular tərk etdi. Hansı ki, onlar oyunun taleyini dəyişə biləcək gücdə idilər”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Astra”nın baş məşqçisi Edvard Yordaneskunun atası Anxel Yordaneskuya məxsusdu.

 

Rumıniya təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində qəbul etdiyi “Zirə”ni 3:1 hesabı ilə məğlub edib. Oğlunun yenicə “sükanı arxası”na keçdiyi komandanın çıxışını dəyərləndirən Rumıniya millisinin sabiq çalışdırıcısı “Astra”nı hələ tam hazır saymır.

 

67 yaşlı mütəxəssisin fikrincə, bu komanda gələcəkdə daha güclü olacaq: “Gedənlərin yerinə başqaları gəldi. Onların hələ də təcrübə toplamaları və bir-birlərinə uyğunlaşmaları üçün zamana ehtiyacları var. Gəlin, “Astra”nın hazırkı komandasından danışaq. Aleksandru Yonita və Aleksandru Stan “Zirə” ilə matçdakı oyunları ilə göstərdilər ki, avrokuboklarda “Astra”ya çox kömək edə bilərlər. Yonita orta sahədə çox yaxşı təsir bağışladı və tezliklə daha güclü oyunçuya çevrilə bilər. Mən bu komandanın gələcəyindən ümidliyəm. Onların Avropa Liqasında daha da irəliləyəcəyinə şübhə etmirəm”.

 

Qeyd edək ki, “Zirə” ilə “Astra” görüşü iyulun 20-də “Dalğa Arena”da keçiriləcək.