“Barselona” neçə transfer edəcək? – prezident açıqladı

“Barselona” neçə transfer edəcək? – prezident açıqladı
14-07-2017 / 12:36 FUTBOL
1585

“Barselona”nın prezidenti Xosep Bartomeu transfer çalışmalarını davam etdirdiklərini bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, daha bir neçə oyunçu alacaqlarını vurğulayıb.

 

Bartomeu “Benfika”dan transfer edilən Nelson Semedo ilə kifayətlənməyəcəklərini və bu məsələdə tələsmədiklərini söyləyib: “Daha güclü olmağımız üçün bir neçə yeni oyunçuya ehtiyacımız var. Azarkeşlərimizin narahatlığını başa düşürük. Hamı kimin gələcəyini soruşur. Bu da böyük ajiotaja səbəb olur. Transfer çalışmalarımız davam edir. 2 və ya 3 oyunçu komandamıza qoşulacaq. Hələ avqusta qədər vaxtımız var. Sadəcə, səbr istəyirəm. Bir neçə oyunçu ilə müqavilənin şərtlərini artıq razılaşdırmışıq. Ancaq onların adını deyə bilmərəm”.

 

Qeyd edək ki, “Barselona”nın maraq dairəsində olan digər futbolçular PSJ-nin yarımmüdafiəçisi Marko Verratti və Dortmund “Borussiya”sının hücumçusu Osman Dembeledi.