“Belə axmaq qol buraxmağımızı istəməzdim” – Yordanesku

“Belə axmaq qol buraxmağımızı istəməzdim” – Yordanesku
14-07-2017 / 12:57 FUTBOL
2128

“Yeni mövsümə qələbə ilə başladığımız üçün şadam”. Apasport.az saytının məlumatına görə, bunu “Astra”nın baş məşqçisi Edvard Yordanesku deyib.

 

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan Rumıniya təmsilçisi evdə qarşılaşdıqları “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.

 

Qarşılaşmanı dəyərləndirən “Astra”nın çalışdırıcısı layiqli qələbə qazandıqlarını bildirib: “Rəqib bu oyuna qədər iki rəsmi matçda iştirak etmişdi. Bu da onların heyəti formalaşdırmağına kömək olmuşdu. Biz isə yalnız heyəti formalaşdırmaqla məşğul idik. Belə axmaq qol buraxmağımızı istəməzdim. Buna baxmayaraq, 3 qol vurduq və mərhələ keçmək üçün çox vacib addım atdıq. Ən vacibi o idi ki, qələbə ilə başlayaq. Lakin onu da yaxşı başa düşürük ki, çətinliklər hələ irəlidədi. Şəxsən mən təminat verirəm ki, bu komanda daha da inkişaf edəcək”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də “Dalğa Arena”da baş tutacaq.