“Sumqayıt” “Osmanlıspor”la qarşılaşacaq

“Sumqayıt” “Osmanlıspor”la qarşılaşacaq
15-07-2017 / 09:02 FUTBOL
711

“Sumqayıt” 2017-18 mövsümü üçün hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

“Gənclik şəhəri” təmsilçisi ilk olaraq iyulun 17-də Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Samir Abasovun yetirmələri növbəti yoxlama matçını 3 gün sonra Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh”ə qarşı keçirəcək. 3-cü sınaq görüşündə sumqayıtlılar Türkiyə təmsilçisi “Sivasspor”la (23 iyul) üz-üzə gələcək.

 

Komanda son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanının digər təmsilçisi “Al-Taun”a qarşı keçirəcək.