100 milyon avroya “yox” dedilər

100 milyon avroya “yox” dedilər
15-07-2017 / 13:47 FUTBOL
1711

Dieqo Kosta ilə yollarını ayırmağa hazırlaşan “Çelsi” yeni hücumçu axtarışını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar” son olaraq “Yuventus”un forvardı Qonsalo İquainə “elçi düşüb”.

 

Vaxt itirmədən hərəkətə gələn London təmsilçisi ilk olaraq qarşı tərəfə 100 milyon avro təklif edib. Lakin “qoca sinyora” bir il əvvəl “Napoli”dən 90 milyon avroya aldığı argentinalı forvard üçün 100 milyonun az olduğunu düşünüb və “yox” cavabını verib.

 

Qeyd edək ki, Qonsalo İquainin “Yuventus”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.