“Kəpəz” Türkiyəyə yollandı

“Kəpəz” Türkiyəyə yollandı
15-07-2017 / 15:29 FUTBOL
229

"Kəpəz” Premyer Liqada yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi 10 gün ərzində Ərzurumda hazırlıq keçəcək.

 

Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxacaq. Günün ilk məşqi Bakı vaxtı ilə saat 12:00-a, ikinci hazırlıq prosesi isə saat 18:00-a nəzərdə tutulub.

 

Türkiyədə olduğu müddətdə komanda üç yoxlama oyunu keçirəcək.