Yeni transfer zədələndi

Yeni transfer zədələndi
15-07-2017 / 15:32 FUTBOL
1260

“Kəpəz”in yeni transferi Tural Cəlilov zədələnib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb.

 

Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.

 

Klubun tibbi personalından verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.