“Ağıllı ol, Fatih Terim!” - FOTO

“Ağıllı ol, Fatih Terim!” - FOTO
15-07-2017 / 17:41 FUTBOL
2310

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin adının qarışdığı qalmaqalla bağlı yeni xəbərlər var. Apasport.az saytının məlumatına görə, Terim və kürəkəninin dava saldığı kababxananın sahibinin qardaşı tvitterdən açıqlama yayıb.

 

Məkan sahibi Səlahəddin Aydoğdunun qardaşı, keçmiş “Adana Dəmirspor”lu İlhan Aydoğdu sosial şəbəkədə foto paylaşaraq Terimə meydan oxuyub: “Ağıllı ol, Fatih Terim. Elə məkana hücum edib, şillə yeyib, arxana baxa-baxa qaçarsan. Ona görə də ağıllı olacaqsan”.

 

Qeyd edək ki, dünən gecə bir kabab restoranında Terimlə yanında olduğu iddia edilən kürəkənləri Volkan Bahçakapılı və Ahmet Baran dava salıblar və oranın işçiləri ilə əlbəyaxa olublar.