Azərbaycanda oynamış futbolçu Meksikada

Azərbaycanda oynamış futbolçu Meksikada
15-07-2017 / 19:43 FUTBOL
1534

“Qəbələ”nin sabiq futbolçusu Fakundo Pereyra karyerasını harda davam etdirəcəyi bəlli olub. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Meksikada oynayacaq.

 

O, yüksək liqada çıxış edən "Nekaksa" klubu ilə anlaşıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2015/16 mövsümündə “Qəbələ”yə PAOK-dan gəlib və əyalət təmsilçisində yarım mövsüm icarə əsasında çıxış edib. O, son olaraq Argentinanın "Kolon"u klubunda oynayıb.