Ukrayna Super Kuboku sahibini tapdı

Ukrayna Super Kuboku sahibini tapdı
15-07-2017 / 23:46 FUTBOL
708

Ukrayna Super Kubokunun qalibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici oyunda “Şaxtyor”la “Dinamo” üz-üzə gəlib.

 

Matç donetsklilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyalı Fakundo Ferreyranın dublu sayəsində kubok “Şaxtyor”un olub.

 

Qeyd edək ki, bu iki komanda arasında 10-cu Super Kubok matçı olub. Kubokların sayında isə bərabərlik var – 5:5.