“Sumqayıt” başladı

“Sumqayıt” başladı
16-07-2017 / 00:33 FUTBOL
524

“Sumqayıt” dünəndən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb.

 

Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb. “Sumqayıt” bu gün Boluda 2 məşqə çıxacaq. 

 

Qeyd edək ki, komanda ilk yoxlama görüşünü 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.