Millimiz Qətərlə qarşılaşacaq

Millimiz Qətərlə qarşılaşacaq
16-07-2017 / 13:41 FUTBOL
1357

Qətərin gənc oğlanlardan ibarət voleybol yığması ölkəmizə səfər edib. Apasport.az saytının məlumatına görə, paytaxtımıza dünən təşrif buyurmuş komandanın səfərinin məqsədi Azərbaycan millisi ilə birlikdə təlim-məşq toplanışı keçməkdi.

 

Dərnəgüldə, “Azərreyl”in voleybol bazasında məşq edəcək komandaların bir neçə yoxlama oyunu keçirməsi də planlaşdırılıb.

 

Qeyd edək ki, İslam Oyunları ərəfəsində Qətər və Azərbaycan voleybol federasiyaları arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Yaxın gələcəkdə Azərbaycan yığmalarının da Qətərə yollanması istisna edilmir.