Milli üzvü oynadı, komandası qalib gəldi

Milli üzvü oynadı, komandası qalib gəldi
16-07-2017 / 15:22 FUTBOL
1194

Yay təlim-məşq toplanışlarını davam etdirən bəzi klublar güclərini sınaq oyunlarında yoxlayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da belə matçlardan birinə çıxıb.

 

“Damalılar” həmyerliləri “Nasional”la üz-üzə gəliblər. Görüş milli üzvünün komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Emin oyunun gedişatında əvəzlənib.