“Bursaspor” Dəniz Yılmazı bağışladı

“Bursaspor” Dəniz Yılmazı bağışladı
16-07-2017 / 17:01 FUTBOL
2742

Milli komandamızın oyunçusu Dəniz Yılmaz əfv edilib. Apasport.az saytının məlumatına görə, uzun müddətdir “Bursaspor”da heyətdən kənarlaşdırılan hücumçu yenidən əsas komandaya daxil edilib.

 

“Anadolu Ajansı”nda yer alan xəbərdə baş məşqçi Pol Le Quenlə görüşən hücumçunun heyətə daxil edildiyi və Avstriyadakı təlim-məşq toplanışına aparılacağı bildirilib.

 

Bir müddətdir tək başına məşq edən hücumçu daha sonra fransız baş məşqçi ilə görüşüb və ona öz problemlərini anladıb. Millimizin üzvünü dinləyən Le Quen isə onun komanda ilə birlikdə təlim-məşq toplanışına qatılmasına qərar verib.

 

Dəniz Yılmazın baş məşqçisi ilə birlikdə Avstriyada mətbuat konfransı keçirəcəyi gözlənilir.