Dieqo Simeone özünün və oğlunun taleyini bacısına əmanət edib

Dieqo Simeone özünün və oğlunun taleyini bacısına əmanət edib
16-07-2017 / 20:19 FUTBOL
999

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin bacısı Natalya Simeone Madridə gəlib. Apasport.az saytının məlumatına görə, Natalya qardaşının agentidi.

 

O, “hindular”la yeni müqavilənin şərtlərini müzakirə etmək üçün İspaniyaya gəlib. “Atletiko” Simeoneyə 2 illik müqavilə təklif edib. Ancaq argentinalı mütəxəssis 1 illik müqavilə bağlamağın tərəfdarıdı.

 

Madriddəki danışıqlardan sonra Natalya İtaliyaya gedərək “Cenoa”nın hücumçusu, qardaşı oğlu Covanni Simeonenin transferi ilə bağlı danışıqlar aparacaq. Covanninin xidmətində A seriyasının bir neçə top-klubu maraqlıdı.