“Qəbələ” Polşada başladı

“Qəbələ” Polşada başladı
17-07-2017 / 00:00 FUTBOL
681

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ötən gün Varşavada ilk məşqinə çıxıb.

 

Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib.

 

Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq. 

 

Qeyd edək ki, iyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.