Vadaçkoria yenidən Bakıya gəlir

Vadaçkoria yenidən Bakıya gəlir
17-07-2017 / 09:53 FUTBOL
803

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Zirə” – “Astra” qarşılaşmasının baş hakimi Giorgi Vadaçkoria 3-cü dəfə Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, gürcüstanlı referi bunadək iki dəfə təmsilçilərimizin görüşündə fit çalıb.

 

UEFA-nın 3-cü kateqoriyalı hakimləri siyahısında olan 40 yaşlı referi 2007-ci ildən FİFA statusuna malikdi. Onun ölkəmizə ilk səfəri 2012-ci ildə gerçəkləşib.

 

Vadaçkoria 2012-ci il avqustun 15-də yığmamızın Bəhreynlə yoldaşlıq matçında fit çalıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşmada millimiz asiyalıları 3:0 hesabı ilə darmadağın edib.

 

Komandamız Branimir Subaşiçin 35-ci, Cihan Özkaranın 59-cu, Cavid Hüseynovun 79-cu dəqiqədə vurduğu qollarla qələbə qazanıb. Yığmamızın kapitanı Rəşad Sadıqov isə 34-cü dəqiqədə penaltidən istifadə edə bilməyib.

 

2014-cü il avqustun 20-də keçirilən Azərbaycan və Özbəkistan milliləri arasında qarşılaşmada da Vadaçkoria baş hakim olub. 8-ci km qəsəbə stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.