“Zirə” evdə başqa komanda olur” – “Astra”nın baş məşqçisi

“Zirə” evdə başqa komanda olur” – “Astra”nın baş məşqçisi
17-07-2017 / 10:27 FUTBOL
2387

“Evdəki 3:1 hesablı qələbə bizim üçün qazancdı. Ancaq futbolçularıma da bildirmişəm ki, cavab görüşü çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Astra”nın baş məşqçisi Edvard Yordanesku deyib.

 

Rumıniya klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə cavab matçına hazırlaşır. İlk görüşdə 3:1 hesablı qələbə qazanan rumınlar Bakıda da uğurlu nəticəyə ümid edirlər.

 

Ancaq Yordanesku yerli mətbuata açıqlamasında bunun komandasına asan başa gəlməyəcəyini bildirib: “Bizi səfərdə ağır sınaq gözləyir. Buna əmin olduğum üçün belə deyirəm. “Zirə”nin ev oyunlarını izləmişəm. Onlar öz meydanlarındakı matçlarda başqa komanda olurlar. Çox aqressiv və qərarlı futbol sərgiləyir, rəqibi üzərində təzyiq yaradırlar. Sakitliyimizi bacardığımız qədər qorumalıyıq ki, Azərbaycandan qayıdarkən növbəti mərhələ barədə düşünə bilək”.

 

Qeyd edək ki, “Zirə” – “Astra” qarşılaşması iyulun 20-də keçiriləcək.