“Kəpəz”də 3 yeni əcnəbi

“Kəpəz”də 3 yeni əcnəbi
17-07-2017 / 10:49 FUTBOL
1071

Türkiyədə çalışmalarını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət əcnəbi oyunçulardan gedir.

 

Komandanın Ərzurumdakı hazırlıq prosesində nigeriyalı Oseqeyl Laki Viktor, malili Dialo Samba və braziliyalı Ferreyra das Çaqas Dedimar iştirak edirlər.

 

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba isə yarımmüdafiəçi.

 

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç oyunçunu iki aydı izləyən baş məşqçi Şahin Diniyev onlar haqda müsbət qərar verib.