“Sumqayıt” Superliqa klubuna uduzdu - YENİLƏNİB

“Sumqayıt” Superliqa klubuna uduzdu - YENİLƏNİB
17-07-2017 / 22:55 FUTBOL
4108

“Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində Türkiyədə hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu gün Boluda ilk yoxlama matçına çıxıb.

 

Baş məşqçi Samir Abasov yetirmələrini Superliqa təmsilçisi “Osmanlıspor”la görüşdə sınayıb. Qızılcahamamda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

 

Ankaralılar 2:1 hesablı qalibiyyətə seviniblər. Qonaqların heyətində Tonia Tisdell dubl edib. "Kimyaçılar"ın qolunu isə Amil Yunanpv vurub. 

 

Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən “Osmanlıspor” adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.

 

 

Yoldaşlıq görüşü

17 iyul

“Osmanlıspor” (Türkiyə) - “Sumqayıt” (Azərbaycan) - 2:1

Qollar: Tonia Tisdell, 24, 26 - Amil Yunanov, 16