“Qəbələ”nin potensial rəqibi İtaliyadan oyunçu aldı

“Qəbələ”nin potensial rəqibi İtaliyadan oyunçu aldı
17-07-2017 / 13:14 FUTBOL
758

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Panatinaikos” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstan təmsilçisi bu dəfə hücum xətti üçün transfer həyata keçirib.

 

Belə ki, “Atalanta”nın ön xətt oyunçusu Brayan Kabezas 2017-18 mövsümünü Yunanıstan klubunun heyətində keçirəcək. “Panatinaikos” Ekvador millisinin gənc üzvünü bir illik icarəyə götürüb. 20 yaşlı forvard bu müddətdə özünü doğrulda bilsə, birbaşa transfer ediləcək.

 

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” ilə qarşılaşan “Qəbələ” Polşa klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Panatinaikos”a rəqib olacaq.