“Yagelloniya” – “Qəbələ” matçında yunan casuslar

“Yagelloniya” – “Qəbələ” matçında yunan casuslar
17-07-2017 / 14:23 FUTBOL
986

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Yagelloniya” – “Qəbələ” oyunu təkcə Polşa və Azərbaycanda maraqla gözlənilmir. Apasport.az saytının məlumatına görə, Yunanıstanda da bu qarşılaşma diqqət mərkəzindədi.

 

III təsnifat mərhələsində bu cütlüyün qalibi ilə qarşılaşacaq “Panatinaikos” potensial rəqiblərinə ciddi yanaşır. Bu səbəbdən də iyulun 20-də baş tutacaq qarşılaşmaya nümayəndələr göndəriləcək. Belə ki, baş məşqçi Marinos Ozounidis və onun köməkçisi Kristofer Kola matçı tribunadan izləyəcək, yeni rəqiblə bağlı öz qeydlərini götürəcəklər.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Yagelloniya” arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesabı qeydə alınıb.