“Neftçi” avrokubok iştirakçısı ilə qarşılaşacaq

“Neftçi” avrokubok iştirakçısı ilə qarşılaşacaq
17-07-2017 / 17:09 FUTBOL
719

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” “Zirə” ilə üz-üzə gələcək.

 

Baş məşqçi Elxan Abdullayev Avropa Liqası iştirakçısına qarşı yetirmələrini iyulun 21-də sınayacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.


Qeyd edək ki, "Neftçi” "Zirə” ilə oyunadək – iyulun 19-da "Şüvəlan”la sınaq matçına çıxacaq.