AÇ: Atıcımız 38 idmançı arasında 37-ci oldu

AÇ: Atıcımız 38 idmançı arasında 37-ci oldu
01-08-2017 / 09:16 DİGƏR NÖVLƏR
1340

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 11-ci gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişilərin 25 m məsafədən mərkəzə atəş açma yarışında komanda hesabında Ukrayna qələbə qazanıb.

 

Onlar 1732 xal toplayıb. Almaniya 2-ci, Fransa 3-cü olub. Azərbaycan yığması komanda yarışına qatılmayıb.

 

Kişilərin 300 m məsafədən üç vəziyyətdə atəş açma yarışında Fransa millisi komanda hesabında 1-ci olub. İsveçrə 2-ci, Avstriya 3-cü olub. Bu növdə Azərbaycan yığması iştirak etməyib.

 

Kişilərin skit yarışında isə Cavid Həsənov çıxış edib. Təsnifat mərhələsində mübarizəni dayandıran təmsilçimiz 57 xal toplayıb və 38 idmançı arasında 37-ci olub. Qadınların komanda yarışında İtaliya 1-ci, Ukrayna 2-ci, Kipr 3-cü yeri tutub.