24-cü çempionatda 25 iştirakçı

24-cü çempionatda 25 iştirakçı
08-08-2017 / 15:22 DİGƏR NÖVLƏR
584

Avqustun 18-də bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 24-cü dəfə keçiriləcək yarışa 25 idmançı qatılacaq.

 

Gənclər və böyüklər üzrə yaş kateqoriyalarına ayrılacaq bu gimnastlar halqa, top, gürzlər və lentlə mübarizə aparacaqlar.

 

Yarışa “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri qatılacaq. Həmçinin ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxacaqlar.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq çempionatın bileti 6 manatdı. Saat 12:00-da start götürəcək yarışı canlı izləmək istəyənlər biletləri arenanın kassasından əldə edə bilərlər.