Suares İtaliyaya köçmək istəmədi

Suares İtaliyaya köçmək istəmədi
10-08-2017 / 12:30 FUTBOL
872

“Barselona”nın futbolçusu Denis Suaresi heyətinə qatmaq istəyən “Napoli”nin təklifi qəbul edilməyib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi İtaliyaya köçməyə razılaşmayıb.

 

Kataloniyalılar Suaresi 14 milyon avro qarşılığında satmağa hazır olduqlarını bildiriblər. Lakin Denis “Barsa”da qalmağı üstün tutub. O, yeni baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında əsas heyətə düşmək uğrunda mübarizə aparacağını bildirib.

 

Qeyd edək ki, Denis Suares “Barselona”ya ötən il “Vilyarreal”dan transfer olunub.