“Zirə”nin ilk matçında Bum olmayacaq

“Zirə”nin ilk matçında Bum olmayacaq
10-08-2017 / 13:48 FUTBOL
365

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunda “Səbail”lə qarşılaşacaq “Zirə” oyuna itki ilə çıxacaq. Apasport.az saytı xəbər verir ki, qəsəbə təmsilçisi bu görüşdə Jozef Bumun xidmətindən yararlana bilməyəcək.

 

Bu barədə əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, sabah fərdi məşqlərə başlayacaq Bum növbəti həftənin ilk günündən kollektivlə hazırlığa qoşulacaq.

 

28 yaşlı kamerunlu müdafiəçinin II turda “Kəpəz”lə keçiriləcək oyuna tam hazır olacağı bildirilir.

 

Qeyd edək ki, avqustun 13-də baş tutacaq “Zirə” – “Səbail” oyunu saat 19:00-da start götürəcək.