Millimizin rəqibi heyətini açıqladı

Millimizin rəqibi heyətini açıqladı
10-08-2017 / 14:22 FUTBOL
335

DÇ-2018-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan San-Marino yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, gələn ay Şimali İrlandiya və Azərbaycanla qarşılaşacaq komandanın baş məşqçisi Pyerancelo Manzaroli 21 futbolçuya dəvət göndərib.

 

Bu gün “Santarkanqelo” klubu ilə yoxlama oyunu keçirəcək “cırtdan ölkə” gələn ay həmin futbolçuların xidmətindən seçmə mərhələ oyunlarında yararlanacaq.

 

Qapıçılar: Mattia Manzaroli (“Yuvenes”), Qyakomo Murakkini (“Domaqnano”)

Müdafiəçilər: Marko Berardi, Kristian Brolli (hər ikisi “Folqore”), Covanni Bonini (“Libertas”), Davide Sezarini  (“Tre Penne”), Miçele Sevoli, Andrea Qrandoni (hər ikisi “Yuvenes”), Fabio Vitayoli (“Libertas”)

Yarımmüdafiəçilər: Maykol Berretti (“Libertas”), Pyetro Kalzolari, Luka Kensoni (hər ikisi “Tre Penne”), Luka Sessaroli, Alessandro Qolinuççi (hər ikisi “Domaqnano”), Miçele Servellini, Andrea Zavoli (hər ikisi “Libertas”), Adolfo Xose Hirş, Tommaso Zafferani (hər ikisi “La Fiorita”)

Hücumçular: Marko Bernardi (“Fiorentino”), Danilo Rinaldi, Mattia Stefanelli (hər ikisi “La Fiorita”)

 

Qeyd edək ki, San-Marino yığması Şimali İrlandiya ilə sentyabrın 1-də öz meydanında, Azərbaycanla isə ayın 4-də Bakıda üz-üzə gələcək.