San-Marino yığmasının Bakı planı

San-Marino yığmasının Bakı planı
10-08-2017 / 14:46 FUTBOL
669

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizin qonağı olacaq San-Marino yığmasının Bakıya səfər tarixi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “cırtdan ölkə” təmsilçisi paytaxtımıza matçdan 3 gün əvvəl gələcək.

 

Belə ki, sentyabrın 1-də öz meydanında Şimali İrlandiya ilə qarşılaşacaq san-marinolular oyundan dərhal sonra Bakıya yola çıxacaqlar.

 

Qeyd edək ki, sentyabrın 4-də baş tutacaq Azərbaycan – San-Marino qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.