“Kəpəz” start matçına Bakıda hazırlaşır

“Kəpəz” start matçına Bakıda hazırlaşır
10-08-2017 / 16:40 FUTBOL
327

Gəncənin “Kəpəz” klubu Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, səfərdə “Sumqayıt”la qarşılaşacaq qərblilər dünəndən görüşün hazırlıqlarına başlayıb.

 

Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. “Sarı-göylər” oyun gününə kimi bu məkanda hazırlaşacaq. Gəncəlilər hər gün 17:30-da məşqə çıxır. 

 

Qeyd edək ki, avqustun 13-də baş tutacaq “Sumqayıt” – “Kəpəz” matçı saat 21:00-da başlayacaq.