Millimizin ilk iki oyununun vaxtı müəyyənləşdi

Millimizin ilk iki oyununun vaxtı müəyyənləşdi
10-08-2017 / 17:29 TOP OYUNLARI
759

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 31-də Akko şəhərindəki Municipal stadionunda İsrail millisi ilə görüşəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Sentyabrın 5-də isə komandamız  “Dalğa Arena”da İrlandiya komandası ilə qarşılaşacaq. Bu matç saat 19:00-da start götürəcək.

 

Mənbə: affa.az