Diniyevlə Məmmədov əvəzedicilərin çempionatında

Diniyevlə Məmmədov əvəzedicilərin çempionatında
10-08-2017 / 17:46 FUTBOL
558

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünün ilk turunun bütün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Premyer Liqa görüşlərinə təyinata alan bəzi ədalət təmsilçiləri yeni çempionata əvəzedicilərlə başlayacaq.

 

İnqilab Məmmədov, Ramil Diniyev və Rəvan Həmzəzadə əvəzedicilərin ilk turunda fit çalacaq.

 

Əvəzedicilərin çempionatı

I tur

12 avqust (şənbə)

18:00. “Neftçi”  - “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Cəmil Quliyev, Vüsal Qənbərov, Etibar Həsənov
Hakim-inspektor: Ramiz Əsədov
Binə qəsəbə stadionu

13 avqust (bazar)

18:00. “İnter – “Qəbələ”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Azad Hüseynov
“İnter Arena”


14 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Coşqun Həsənov, Nahid Xasıyev
Hakim-inspektor: Azad Mütəllimov
Zirə İdman Kompleksinin stadionu


18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Məmmədəli Kərimov, İsgəndər Əliyev, Emin Nağıbəyov
Hakim-inspektor: Rufulla Kərimov
Sumqayıt. Şəhər stadionu