“Makkabi”yə qarşı oynadıqları üçün yığmadan kənarlaşdırıldılar

“Makkabi”yə qarşı oynadıqları üçün yığmadan kənarlaşdırıldılar
10-08-2017 / 18:14 FUTBOL
1209

İran milli komandasının 2 futbolçusu yığmadan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, ölkənin idman nazirliyi Ehsan Hacı Səfi və Məsu Şocaei ilə bağlı sərt qərar verib.

 

Yunanıstanın “Panionios” klubunda çıxış edən futbolçuların cəzalanmasına Avropa Liqasının təsnifat mərhələsi səbəb olub. Oyunçular İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşdə iştirak ediblər. İranla İsrail arasında diplomatik əlaqələrin olmadığından futbolçuların hərəkatı belə sərt cəzaya layiq bilinib.

 

Qeyd edək ki, Səfi 84, Şocaei 70 dəfə yığma komandanın formasını geyinib.