"Monako" təkzib etdi: Mbappe PSJ-yə keçmir!

10-08-2017 / 20:32 FUTBOL
548

"Monako"nun hücumçusu Kilian Mbappenin PSJ-yə keçdiyi haqda məlumat təsdiqini tapmayıb. Apasport.az saytı xəbər verir ki, Knyazlıq klubunun rəhbərliyi parislilərlə danışıq aparmadıqlarını açıqlayıb.  

 

Onlar Mbappenin "Monako"nun futbolçusu olduğunu xatırladaraq, PSJ-dən təklif almadıqlarını bəyan ediblər.

 

18 yaşlı hücumçunun adı, həmçinin "Real" və "Barselona" klubları ilə birgə hallanmaqdadı.

 

Qeyd edək ki, "Monako"nun yetirməsi olan Kilian Mbappe əsas komandanın heyətində 60 oyunda 27 qola imza atıb.