Debütant daha bir təcrübəli futbolçu ilə anlaşdı - FOTO

Debütant daha bir təcrübəli futbolçu ilə anlaşdı - FOTO
10-08-2017 / 20:48 FUTBOL
1671

Bəxtiyar Soltanovu heyətinə qatan "Binə" daha bir təcrübəli futbolçu ilə anlaşıb. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, I divizionun debütantı qapı xəttini gücləndirib.

 

Belə ki, 34 yaşlı qolkiper Amil Ağacanovla müqavilə imzalanıb. O, 2017/2018 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, ötən mövsüm I divizionun digər təmsilçisi "Zaqatala"da çıxış edən Amil Ağacanov əvvəllər "Muğan", AZAL və "Simurq" kimi klubların formasını geyinib.