Neymar, Marselo, Koutinyo və digərləri - HEYƏT

Neymar, Marselo, Koutinyo və digərləri - HEYƏT
10-08-2017 / 23:41 FUTBOL
1234

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ekvador və Kolumbiya yığmaları ilə qarşılaşacaq Braziliya millisinin heyəti açıqlanıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "pentakampeonlar"ın baş məşqçisi Tite 23 futbolçuya dəvət göndərib.

 

Siyahıda "Şaxtyor"un hücumçusu Tayson və "Qremio"nun üzvü Luan da yer alıb.

 

Qeyd edək ki, avqustun 31-də Ekvadoru qəbul edəcək braziliyalılar sentyabrın 5-də Kolumbiyanın qonağı olacaqlar.

 

Qapıçılar: Alisson ("Roma", İtaliya), Kassio ("Korintians"), Ederson ("Mançester Siti", İngiltərə)

Müdafiəçilər: Dani Alveş, Markinyoş, Tiaqo Silva (hamısı PSJ, Fransa), Faqner ("Korintians"), Filipe Luis ("Atletiko", İspaniya), Marselo ("Real", İspaniya), Miranda ("İnter", İtaliya), Rodriqo Kayo ("San-Paulo")

Yarımmüdafiəçilər: Kasemiro ("Real", İspaniya), Fernandinyo ("Mançester Siti", İngiltərə), Juliano ("Zenit", Rusiya), Luan ("Qremio"), Paulinyo ("Quançjou Everqrand", Çin), Filipp Koutinyo ("Liverpul", İngiltərə), Renato Auqusto ("Beytszin Qoan", Çin), Villian ("Çelsi", İngiltərə)

Hücumçular: Roberto Firmino ("Liverpul", İngiltərə), Qabriel Jezuş ("Mançester Siti", İngiltərə), Neymar (PSJ, Fransa), Tayson ("Şaxtyor", Ukrayna).