Çempion qələbə ilə başladı - YENİLƏNİB

Çempion qələbə ilə başladı - YENİLƏNİB
11-08-2017 / 22:51 FUTBOL
8028

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqadakı 103 günlük sükut FİFA referisi Əliyar Ağayevin start fiti ilə pozulub.

 

Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib.

 

Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların budəfəki Azərbaycan derbisində də ağdamlılar qalib gəlib. Son 4 mövsümün çempionu səfər görüşündən 3 xalla ayrılıb.

 

Ağdam təmsilçisi ilk yarıda vurulan 2 qolla qarşılaşmanın taleyini böyük ölçüdə həll edib. Mahir Mədətovun mövsümün ilk qolu və dubluna imza atıb. Fasilədən sonra isə əyalət klubu daha bir qol vurub. Bu dəfə Dino Ndlovu fərqlənib.

 

“Neftçi” böyükhesablı məğlubiyyətdən uzatma dəqiqlərində qaçıb. Rahid Əmirquliyevin avtoqolu bakılılar üçün mövsümdə ilk top olub.

 

Beləliklə, “Qarabağ” mövsümün açılış matçında 3 xalı 3 qolla qazanıb – 3:1.

 

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

“Neftçi” – “Qarabağ” - 1:3

Qollar: Rahid Əmirquliyev, 90+2-öz qapısına - Mahir Mədətov, 14, 40, Dino Ndlovu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu

 

“Neftçi”: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk 

Baş məşqçi:  Elxan Abdullayev

        

“Qarabağ”: 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana

Baş məşqçi: Qurban