Yığmamızın rəqibi qələbəni əldən verdi

Yığmamızın rəqibi qələbəni əldən verdi
11-08-2017 / 11:51 FUTBOL
337

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi  “Santarkancelo” klubu ilə görüşüb.

 

Qarşılaşma qollu heç-heçə ilə nəticələnib. Adolfo Hriş 44-cü dəqiqədə hesabı açsa da, milli üstünlüyünü qoruya bilməyib.

 

Klubun bərabərlik qolunu Andrea Busqlia vurub. O, 90+2-ci dəqiqədə yığmanı qələbədən məhrum edib.