"Qarabağ" – “Kopenhagen” oyununun biletləri satışa çıxır

11-08-2017 / 13:30 FUTBOL
1077

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır. Apasport.az saytının məlumatına görə, azarkeşlərimiz sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri əldə edə bilər.

 

Futbolsevərlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satılacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

 

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-də saat 20:00-da start götürəcək.