“Qarabağ”ın rəqibi azarkeşlərini biletlə təmin edəcək

“Qarabağ”ın rəqibi azarkeşlərini biletlə təmin edəcək
11-08-2017 / 14:34 FUTBOL
790

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Kopenhagen” matçında qonaq komanda azarkeşsiz qalmayacaq. Apasport.az saytı xəbər verir ki, doğma klublarına dəstək olmaq üçün Bakıya danimarkalı fanatlar gələcək.

 

Belə ki, “Kopenhagen” rəhbərliyi onların paytaxtımıza səfərində yardımçı olacaq. Danimarka çempionu vizası olub, kluba müraciət edən insanları havayı biletlə təmin edəcək.

 

Kopenhagendə baş tutacaq cavab görüşünün biletləri də artıq satışa çıxarılıb.

 

Qeyd edək ki, “Qarabağ” və “Kopenhagen” arasındakı ilk matç avqustun 15-də, cavab oyunu isə ayın 23-də keçiriləcək.