“Onlar ən yaxşı halda, Azərbaycana gedə bilər” – Dmitri Selyuk

“Onlar ən yaxşı halda, Azərbaycana gedə bilər” – Dmitri Selyuk
11-08-2017 / 15:00 FUTBOL
1214

“Avropadan geri dönən futbolçular vaxtilə Ukraynada böyük pullar olduğunu xatırlayır. Onlar indiki durumda o qədər motivasiyalı deyil və özlərini də yaxşı tərəfdən göstərə bilmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış futbol agenti Dmitri Selyuk deyib.

 

O, daha çox əməkdaşlıq etdiyi Ukrayna klubları, bu ölkənin futbolu ilə bağlı müsahibə verib. Selyuk Avropada legioner həyatı yaşadıqdan sonra geri dönən  oyunçuların perspektivinə də toxunub. O, belə futbolçuların əsasən Azərbaycan, Qazaxıstan, Belarus kimi ölkələrə üz tutduğu qənaətindədi: “Onlar ən yaxşı halda, oynamaq üçün Qazaxıstan və Azərbaycan yollana bilər. Ya da Belarusa üz tutar. Gənc oyunçulara gəlincə isə indi səviyyə çox aşağı düşüb. Bu səbəbdən də həmin futbolçular da heç kimə lazım deyil. Həm də onların da motivasiyası yüksək deyil”.