Koutinyo olmasın, Eriksen olsun

Koutinyo olmasın, Eriksen olsun
11-08-2017 / 16:28 FUTBOL
984

Filipp Koutinyonu heyətinə qatmaqda çətinlik çəkən “Barselona” başqa futbolçu ilə danışıqlara başlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, söhbət danimarkalı yarımmüdafiəçi Kristian Eriksendən gedir.

 

Kataloniya klubu “Tottenhem”in üzvünü transfer etmək niyyətindədi. Bu keçidin 40 milyon avro qarşılığında baş tutacağı gözlənilir.

 

Qeyd edək ki, Eriksen “Tottenhem”ə 2013-cü ildə “Ayaks”dan keçib. O, londonluların heyətində bu vaxta qədər 179 oyunda 42 qola imza atıb.