Araz Abdullayev icarəyə verilir, Xavi birdəfəlik ayrılır

Araz Abdullayev icarəyə verilir, Xavi birdəfəlik ayrılır
11-08-2017 / 17:40 FUTBOL
2216

Yığmamızın futbolçusu Araz Abdullayevin karyerasını Kiprdə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni mövsümə “Anortosis”də başlayacaq.

 

Arazla müqaviləsi olan “Qəbələ” onun adıçəkilən komandaya keçidinə qarşı deyil. Klubdan verilən məlumatda bildirilir ki, “qırmızı-qaralar” Abdullayevin “Anortosis”də icarə əsasında çıxış etməsinə razılıq veriblər.

 

Tərəflər arasında 1 illik müqavilə imzalanacaq.

 

Abdullayevi icarəyə göndərən “Qəbələ” daha bir futbolçu ilə vidalaşır. Söhbət Xavi Ernandes Qonzalesdən gedir. Bölgə klubuna bu yay gələn ispaniyalı yarımmüdafiəçi rəhbərliyə ayrılmaq istədiyini bildirib. “Qırmızı-qaralar” isə futbolçu ilə müqaviləyə xitam verməyə razılaşıblar.   

 

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk oyununu sabah “İnter”ə qarşı keçirəcək.