Startda 7 qol

Startda 7 qol
12-08-2017 / 10:26 FUTBOL
332

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

İlk turun açılış matçı Londonda baş tutub. “Arsenal” öz meydanında “Lester”i qəbul edib. Görüş məhsuldarlığı ilə diqqət çəkib. 7 qolun vurulduğu qarşılaşmanın qalibi "topçular" olub.

 

İngiltərə Premyer Liqası

I tur

11 avqust

 

"Arsenal" - "Lester" - 4:3

Qollar: Lakazett, 2, Uelbek, 45. Remsi, 83, Jiru, 85 - Okazaki, 5. Vardi, 29; 56.