"Zirə" qələbə qazandı, "Kəpəz" məğlub oldu - YENİLƏNİB

13-08-2017 / 22:59 FUTBOL
7738

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

 

Öncə paytaxt derbisinin iştirakçıları üz-üzə gəliblər. Premyer Liqanın ən gənc komandalarının duelində “Zirə” “Səbail”i qəbul edib. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb. "Səbail"in yüksək dəstədə debütü uğursuz alınıb.

 

Turun son matçında isə ötən mövsümün ortababları “Sumqayıt”la “Kəpəz” qarşılaşıblar. Avrokuboklara iddialı olan komandaların duelində "Gənclik şəhəri"nin təmsilçisi üstün olub. Onlar hesabı açdıqdan sonra üstünlüyü əldən versələr də, matçın başa çatmasına 16 dəqiqə qalmış qələbə topunu vurmağı bacarıblar.

 

Qeyd edək ki, avqustun 11-də start götürən turun ilk iki günündə 2 qarşılaşma keçirilib. "Neftçi" "Qarabağ"a 1:3, "İnter" "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

 


Azərbaycan Premyer Liqası

I tur


13 avqust (bazar)
 


“Sumqayıt” – “Kəpəz” - 2:1

Qollar: Cavid İmamverdiyev, 16; Amil Yunanov, 74 - Viktor Oseqeyl, 52

"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 90. Ramil Hasanov

Baş məşqçi: Samir Abasov

"Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 6. Ceyhun Cavadov, 16. Azər Məmmədov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Sumqayıt. Şəhər stadionu

 

“Zirə” – “Səbail” - 2:1

Qollar: Milan Duriç, 2; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

"Zirə": 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 14. Qabriel Matey, 74. Yusif Nəbiyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 10. Orxan Əliyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 99. Nicat Qurbanov, 98. Elçin Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Səbail”:  1. Emil Balayev, 25. Eqdaras Zarskis, 23. Aryon Stati, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 11. Elman Taqayev, 10. Nurlan Novruzov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 98. Kamran Əliyev, 7. Emin Mehdiyev, 26. Kamal Qurbanov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev

Baş məşqçi: Samir Əliyev

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu